İranda Milli Sorun və Demokratiya
məsələnin sadə və yığcam görünüşü
Hidayət
Sultanzadə
Sual: İranda,
demokratiyaya gedən yol, milli sorunun çözülməsindən keçirmi?
Cavab: Yoxsa
bundan başqa bir yol da varmı!?
Son iki yüz
ilin içində, dövlətlərin öz daxili münasibatında və
beynəlxalq alanda qarşılaşdıqları ən həssas
məsələ, milli məsələ olmuşdur. Milli sorun
dünyanın ən güclü və böyük imperaturluğunu çökdürə
bilmişdir. Ancaq, siyasi rejimlərin və hakim dövlətlərin
devrilmhəsi, onların bir bütöv kimi parçalanıb bölünməsi
anlamında deyildir. İranda da milli zülmün dəvam etməsi kül
altında gizlənmiş köz kimi, hər an açılabılən
bir bomba kimidir. Buna görə milli sorunun demokratikcəsinə çözülməsi
yolunu düşünüb önərmək, iranda demokratiya qurmaq prosesinin ən
önəmli və ayrılmaz parçasıdır.
Bu
düşüncənin müxaliflərinə görə, çox millətli ölkələrdə
demokratiyanın qurulması milli məsələni də öz
özünə həll edib aradan aparır. Buna görə öncə demokratiya
uğrunda savaşmalı, çünki, onu əldə etdikdə milli
məsələ də bitmiş olur! Beləliklə çözməyə
bir məsələ qalmayıb, demokratiyanın qurulması özlüyündə,
cəmiyyəti bürüyən çətinliklərin bir çoxusunu aradan
aparacaqdır. Milli məsələ də onunların içində
!
Bu
baxış, Dekart fəlsəfəsinin gerçəkliyə
yanaşmasına bənzəyir. O demişdir: « Varam, çünki düşünürəm»!
Belənçi bir mənitiqin əsasında, insanın
varlığı ideyaların (düşüncələrin)
varlığından asılıdır. Ancaq vaqeiyyət bunun
tərsinədir. Düşüncəni (ideyani) mücərrəd bir
qavram olaraq törədən, konkret insanların varlığıdır.
Başqa sözlə desək, yuxarıdakı baxışda, demokratiya
qavrami, demokratiyani doğruldan hissələrdən müstəqil
və ayrılıqda götürülür. Bilgi sürəci baxımından,
düşüncə (ideya) konkret varlıqdan asılı olan kimi, demokratiya
ideyası da özünün bir sıra konkret hissələrinin
varlığından asılıdır. Məsələn
«ağac»ın əsas tərkib hissələri, yani kökü, gövdəsi,
qol budağı olmasa, demək daha ağacın özü də
yoxdur.
Bir neçə
suala cavab verməklə məsələ daha da aydınlaşa
bilər. «Demokratiya»nə deməkdir? « Demokratiya» öz tərkib hissələrinin
dışında, ayrılıqda və onlardan müstəqil
olaraq, varmi? Onu təşkil edən bölümlərin birisindən
vaz keçmklə « demokratiya», demukratik hökümət ya cəmiyyət,
qurmaq olarmi?
«Demokratiya»
mücərrəd bir ideya və qavramdır. Mücərrəd
qavramlar, konkret vaqeiyyətlərə uyğun olduqda xarici objektiv
fenomenlər kimi gerçəklənəbilirlər. Burada qısa və
yığcam halda demokratiyanın milli sorun ilə ya öz müqəddəratını
təyin etmə haqqı ilə bağlantısına toxunaraq,
onun yalnız ümumi cizgilərinə işarə etmək istərdim.
Demokratiya
qavramını bir ideya kimi götürəndə, xalq hakimiyyəti mənasındadır,
və doğrulduğu halda, çeşidli ictimai dəstələrin
və fərdlərin siyasi və qanun qarşısında bərabərliyini
bildirir. Biz «ağac»dan, «at»dan, və « adam»dan
danışdıqda, beyniməzdə xarıci vaqeyəti
yansıdan ağacın, atın və adamın mücərrəd
qavramlarını canlandırıb və göz önünə gətiririk.
Bəllidir ki, konkret adamın, boz atın və ya alma
ağacinın (bütün əczasilə) real dünyada bizdən asılı
olmayaraq maddi varlığı olmasa, «ağac»dan, «at»dan, və
«adam»dan, da söz demək olmaz. Demokratiya da, özünün maddi tərkib hissələrinin
xaricində vicudu yoxdur. Demək onun tərkib hissələri gerçək
həyatda yuxdursa, demokratiyanın özünün də vicudu yoxdur. Bunlari
(tərkib hissələrini) həyata keçirmək və vaqeiyyətə
çevirmək uğrunda çalışıb savaşmaqla, demokratiyani
«mücərrəd ideya» biçimindən çıxarıb və gerçək
həyatda doğruldub vaqeiyyətə çevirmək olar. Beləliklə
də bir mücərrəd ideyadan alınmış mücərrəd
qavram (demokratiya qavram olaraq), toplumu dəyişdirən bir maddi
vaqeiyyətə dönüşə bilər. Belə olduqda, demokratiya
daha bir maddi ideolojik gücə çevrilmiş olur.
İdeyalari
mücərrəd durumdan, konkret duruma çevrirmk, konkret vaqeiyyətlərin
yetişdirdiyi zərurətləri başa düşmklə və
onların həyata keçirilməsi və doğrulmasi uğrunda
mübarizə etməklə, olandır. İranda demokratiyanın
qurulmasi üçün gərkən konkret vaqeiyyətlər nələrdir?
Aydındir ki, demokratiya bir bütöv olduğu üçün ayrıca bölümlərinin
bir parasını həyata keçirməklə yetərsiz və
çatışmaz olar, və gerçəkliyin törətdiyi sorunları
çözə bilməz. Demokratiyani bir bütöv olaraq oluşduran tərkib
hissələri hansilardır?
Demokratiya
sözcüyündəki «demo» xalq mənasındadır və «kratia» da
hakimiyyətə işarə edir. Demək burada, birbirilə
orqanik ilişgidə olan ıki fərqli qavramdan, xalq ilə
siyasi qurum- quruluş qavramından söz gedir. Buna görə demokratiyani,
dövlət və siyasi quruluş sahəsində götürndə,
siyasi gücün (iqtidarın) xalqın hakimiyyətində olması
göz önündə tutulur. Bu baxış, siyasi hakimiyyət və dövlət
açısından demokratiyayə yanaşmaqdır. Bunu konkret
biçimdə parlament, cümhur başqanlıği və...kimi cəmiyyətin
siyasi orqanlarının seçilməsi üçün seçim qurumlarının
varlığında görmək olar. Ancaq bu, demokratiyani
oluşduran bölümlərin bütövü deyil və yalnız onun bir parçasıdır.
Demokratiya qanun və hüquq (jüridik) baxımından, insanların
cinsiyyət, milliyyət, dil, din və ırqlarından asılı
olmayaraq qanun qarşısında bərabr hüquq olmaları deməkdir.
Demokratiya sevərlik iddiasında olanların bütünü
rahatcasına bu düşüncə ilə razilaşa bilərlər.
Ancaq, bütün insanlar bəlli bir cinsiyyətə, dilə, milliyyətə,
dinə və ırqa bağli olduqlarına görə, bəlli
bir ictimai qurup içində də yerlşirlər və ona mənsubdurlar
və demokratiya teorisinə inanmağın ardınca zəncir
kimi sıra ilə gələn nətichələrə də
boyun quymalıdırlar. Məsələnin əsas düyünü və
çətinəliyi də elə burasındadır. Bəllidir ki,
kimsə Robinson Krezo kimi tək başına itgin bir ada da
yaşaya bilməz. Cəmiyyet içində birəlikdə
yaşamaq, ictimai qurupa bağli olmaği həyatın vaqeyətinə
çevirir. Demokratiya sevərlik iddiasında olan bu vaqeiyyətdən
boyun qaçırsa, öz iddiasının tərsinə
çıxmış olar. Milli, dini və dilə ayid haqların demokratik
amacın içində olmasi və onun ayrılmaz bölümləri
sayılmasi da, əslində bundan irəli gəlir.
Demokratiya
kataqorisinə toplum (cəmiyyet) və xalq açısından da
baxmalıyıq. Abstrakt «xalq» sözcüyü konkret biçimdə və gerçək
həyatda, homojen halında olan çeşidli insan quruplari anlamındadr.
Homojenlik fərqli biçimlərdə, milliyyət, sinif, cinsiyyət,
din və...əsasında olabılər. Cəmiyyətin kəmiyyeti,
fərdlərin sayısıcadır, ancaq, keyfiyyət
baxımından, yurtdaşların fərd olaraq bir yerə yığışması
deyil və ondan daha yüksəkdir. Buna görə də, cəmiyyet üzvlərinin
fərdlər kimi bərabr siyasi yurtdaşlıq haqqının
(«adam başı bir səs» haqqı kimi tanınan) təmin
edilməsilə ölkə də demokratiya qurulmaz. «Xalq», tarix boyu
ictimai « blok»lar kimi meydana giribdir və, baş verən «xalq» hərəkatı
və «xalq»ın siyasi haqlar uğrunda apardığı
savaş, qəbiylə, sinif və cinsiyyət bayraqlari
altında olmuşdur. (topluca və blok biçimində ) (bax *)
Bunu aydınlaşdırmaq
üçün bir neçə tariyxi örnəyə baxmaq yerinə düşər.
Fransa inqilabının, demokratik qurumları və «xalq»ın
siyasi haqlarını günədmə gətirməsi, yeni dövrün tariyxində
böyük dönüş nüqtəsi sayılır. Fransa xalqı öz ictimai və
siyasi hərəkətində fərdlər kimi deyil sinfi,
milli və cinsi bloklar kimi savaş meydanına girmişdır.
Birinci örnək- Fransada,
xalq «üçüncü sinif» kimi, burjuaziyanı və San Klolari (ayaq
yalın və çılpaqlar) da öz örtüsü altına alaraq, siyasət
alanına girdi.
İkinci
örnək- Fransada, xalq milli blok kimi, «Fransa milləti»nin
öz müqəddəratını təyin etmə haqqını istəmək
ilə şahlıq rejiminin qarşısında dayandi. Borbonların «din- dövlət» şahlığı
devirilib, Fransa «millət- dövlət»inə çevrildi və beləliklə
də dövlətin siyasi quruluşunda öz əksini tapdi.
Üçüncü örnək- Fransa
qadınları, cəmiyyətin cinsi bloku kimi, kişilərlə
bərabr siyasi, mədəni, fərdi və ictimai haqlara yiyələnməyi
və cinsiyyətə əsaslanan ayri seçiciliyin bütövlükdə ləğv
edilməsini istədilər. Dö Görej adli bir qəssabın
qızının yazdıği «Qadınların İnsan Haqları
Bildirişi»ni, bunun qabarıq örnyi kimi göstrmək olar.
Buna görə,
xalq ictimai hərəkət sürəcində, «hamı birlikdə»
kimi bəlirsiz və ala qaranlıq şüarlar örtüyü altında hərəkətə
qatılsa da, öz tərkib hissələrinin blokları biçimində
meydana çıxır. İran inqilabında da, Xumeyniçilərin təbliğ
etdiyi «hamı birəlikdə» və «söz birliyi» kimi dumanli- xulyalı
şüarlar, əslində işçılərın, əməkçilərin
və qadınların mədəni- siyasi istəklərinə
qarşı və Türkmənsəhra, Əhvaz, Kürdüstan və Azərbaycan
kimi milli bölgələrin demokratik hərəkatı əleyhinə
potansiyel bir savaş bildirgəsi ıdi. Demək xalqın ən
bəlirsiz «söz birliyi» örtüyü altında meydana gəlməsi də
belənçi ictimai blokların varlığını gizlədə
bilmir.
Qısaca desək,
insanların ortaq dil və etnik əsasında bir cuğrafi
vahidə toplaşıb yaşamaları konkret bir gerçəklikdir.
Demək hər hansı bir insan cəmiyyəti, iki cinsdən
və fərqli siniflərdən oluşmuş bloklardan və
qruplardan təşkil tapır. Ancaq çox millətli ölkələrdə,
fərqli milliyyət, qövmit, dil, din və bir sıra yerlərdə
fərqli ırqlar cəmiyyəti təşkil edir. Bu da demokratiya
uğrunda gedən savaşda öz əksini tapır.
İctimai bloklardan
bir sırasi, «milliyyət» kimi, tarix boyunda, uzun zaman sürəsində
yaranmışdır. Bunun tərsinə olaraq siniflər, tarix
baxımından dəyişgənraq və daha dəvamsızdırlar.
Məsələn kəndlilərin qısa bir zaman içində
başqa ictimai siniflərə bölünmklə karakterlərini (səciələrini)
itirmələri olasıdır. Bir ictimai sinif iyirmi ilin içində
yarana da bilər, başqa siniflərə dönüşə də
bilər. İctimai siniflərdə olan dəyişgənlik və
axışqanlıq «milliyyətə» görə daha çoxdur. Bugünkü
sinif daha dünənki sinif deyildir. Kəndlilər, sonku tariyxi dönəmdə
bir çox cəmiyyetlərdə çeşidli ictimai siniflərə
bölünmüşlər. Kəndlilərin bölünmsi nəticəsində
törənən ən böyük ictimai grup ışçılər (fəhlələr)
olmuşlar. Bir sıra da ortabab və burjuaziya sinifinə
dönüşmüşlər. Hər hansi bir ictimai sinifin özü də
dayanmadan inkişaf və dəyişilməkdədir. Teknolojik
gəlişmələr daima siniflərin ictimai tərkibinə
əsər qoymaqdadır. Bir neçə vaxt bundan qabaq, bati ölkələrinin
demoqrafik tərkibində işçi sinifinin çəkisi çox
ağır olub və birinci yeri tuturdu. Ancaq son otuz ilin içində,
onun çəkisi cəmiyyətin demoqrafık tərkibində
yüngülləşib, indi yüzdə otuz ilə yüzdə iyirmi
arasına dək aşağı düşübdür. Bunun
qarşısında, servis bölümündə ışləyənlərin
(xədəmat) çəkisi ağırlaşıbdır. Millətə
və qövmə gəldikdə məsələ başqa
durumdadır. Milliyyət və qövmiyyət, tarix boyu daxili dəyişmələr
başdan keçirib, ayri- ayri cinəslərə və siniflərə
bölünüb və daxili ziddiyyətlərin çatışma alani olub, ancaq,
uzun zaman sürəsində və tarix sürəcində gəlişdirdiyi
özəyini və cövhərini yaşadıbdır.
İran cəmiyyətinə
ötəri baxışda, konkret olaraq üç ictimai bloku ayrıd etmək
olandi.
1- Sinfi blok
cəmiyyətin siniflərinə aid bloklara deyilir. Onun iki böyük
başlıca hissəsi əkinçilər və işçilər, cəmiyyətin
çoxunluğunu təşkil edir. Ancaq sinif bloklarının özü də
bir bütöv kimi, iki tərkib hissəsinin birlşməsindən, demək
cinsi blokun və milli blokun birliyindən törəmişdir. Başqa
sözlə desək, sinfi bloku oluşduran üzvlərin, istər istəməz
bəlli bir cinsiyyətləri və milliyyətləri
vardır. Bu blokun, yani ictimai siniflərin formalaşmasi, özəlliklə
sənəti kapitalizm dönmində, tariyxi baxımdan qısa bir
zaman içində olan bir işdir.
2- Milli blok çeşidli
milli bloklar, fərqli cinslərdən və ziddiyyətli siniflərdən
oluşmalarına baxmayaraq, tariyxi baxımdan (sinfi bloklara görə)
daha davamlı və sürəkli olurlar, və arası kəsilmədən
bu xüsusiyyətlərini yenidən törədirlər.
3- Cinsi blok. Cinsi blok
da sinfi və milli bloklar kimi, ziddiyyətli elementlərdən,
demək milli və sinfi bölümlərdən təşkil
tapmışdır.
İnsanlar
biolojik fərqlər üzündən cinslərə bölünürlər. Cinsi
ayriseçiciliyin tariyxi, bəşəriyyətin bizə bəlli
olan tariyxi qədər əskıdır. Buna görə də
milli sorun ilə qadınların məsələsi uzun sürən
tariyxi fenomenlərdən sayılırlar. Cəmiyyətin iş
qüvvəsinin özünü yenidən törətmə sürəci,
qadınlardan asılı olduğuna görə, qadınlar
iqtisadi quruluşün özünü yenidən törətmə sürəcində
həll edici rol oynayırlar. Bununla birəlikdə, hakim
iqtisadi quruluşun ayrılmaz bölümü olmaqla, sinfi və milli münasıbətləri
də yenidən törətməkdədirlər, Beləliklə
də hakim milli, sinfi və iqtisadi quruluş üzündən, cinsi
ayrıseçiciliyin çeşidli qatları da yenidən törənilir. Cinsi
ayrıseçiciliyi partiyaların və dərnklərin
bildiriş vermələri ilə aradan aparmaq olmaz. Bu iş
yalnız qadınların kişilərin qarşısında müstəqil
olmalari ilə olandır. Buna görə, cinsi ayrıseçicilik məsələsini
sinfi və milli məsələdən ayrıd etməklə
və qadınların müstəqil hərəkatını rəsmiyyətə
tanımaqla birlikdə, cəmiyyətin milli və sinfi məsələlərindən
ayrılmazlığını tanımaqla və mənimsəmklə
mümkündür.
Bütün cəmiyyətlərdə,
cinsi ayrıseçicilik çeşidli səviyyələrdə
yaşamaqdadır. Ancaq, iranda ideolojik hakimiyyətin ideolojisinin
bir parçası olaraq qadınların üzrində siyasi, ictimai zülm dolayısız
olaraq eemal olunur. İslam cümhuriyyəti özünün qara və qanli- qadali
ömrü boyunda qadınları başqa ictimai qişr və qatlardan
daha artıq, açıq- aydın şiddət və cinsi zülm
qarşısında qoyubduür. Buna görə də
qadınların hərəkatı, potansiyelcəsinə hakim
siyasi sistemin ziddinədir, və onların bərabr hüquqluq istəyi
demokratiya uğrunda gedən savaşın başlıca tərkib
hissələrindən biridir. Milli bölgələrin demokratik hərəkatı
qadınların demokratik hərəkatına saymazcasına
yanaşa bilməz. Qadınların bərabr hüquqluq istəklərində
yatan güc ilə millətlərin bərabr hüquqluq istəklərindəki
potansiyeli birləşdirməklə milli hərəkatın
gücü qat- qat artacaqdır. İşçilərin və əməkçilərin
hərəkatı ilə başqa siniflərin və qişrlərin
demokratik hərəkatı arasında da belə bir münasiıbət
vardır.
Kapitalizm
dönəmində sinfi blok, üç böyük ictimai blokun ən dəyişgəni
və ən axışqanı olmaqla, tariyxi cəhətdən
daha sürəkli və sabitraq olan milli və cinsi bloklardan fərqlənir.
Burada blokların oluşmasına yalnız zaman
baxımından yanaşılıb və onların gerçəkdə
daşıdıği əhmiyyətdən söz getməiyr. Onların
hər birisi müəyyən zaman və şərait içində (çərçivəsində)
xüsusi qabarıqla meydana çıxabılər. Demokratik hərəkətlərin
qaçınılmaz vəzifəsi, demokratiya uğrunda mübarizə
etməklə yanaşi, yuxarıda sadaladığımız blokların
siyasi və ictimai məqsədləri yönündə döyüşə
bilməsi dir. Bunsuz «demokratiya uğrunda mubarızə» şüarı
vermək, içi boş bir söz olacaqdır.
İctimai siniflərin
« axışqanlığı» ideyasi «Antinio Gramşi»nin adi ilə
bağlıdır. Gramşi bunu geologıyada (yer bilimi)
yerqabığının tektonik lövhələrinin (bax **) yerdəyişməsinə
bənzətmişdir. Tektonik lövhələrin
axışqanlığı və yerdəyişmələri
göyərtilərin və canli həyatın çeşidli biçimlərinin
törəməsi üçün əlverişli şərait yaradırsa da,
onların törəməsi prosesinə dolayısı ilə əsər
qoyur və müstəqim olaraq qatılmır. Buna görə, Gramşinin
ictimai siniflər teorisinə görə, hərhansı bir zaman kəsimində,
hərhansı bir tariyxi hadısənı təklikdə
götürüb yalnızcasına ictimai siniflərin təyin edici rolu ilə
izah etmək olmaz. Siniflərin rolu ictimai hərəkətlərin
ümumi meylinə yön verməkdir. Siniflərə durğun fenomonlər
kimi deyil, axışqan tariyxi hadisələr kimi baxmali. Siniflər
uzun zaman sürəsində götürülməlidir. Qısa zaman kəsimində
onun rolunu ayrıd etmək çox çətindir. Gramşinin fikrincə
sinif gözəgörünməz ola bilər, ancaq geologiyanın
axışqan lövhələri kimi daima öz işində
vardır və ictimai hərəkət sürəcinin gəlişməsinin
yatağı rolunu oynayır. Siniflərin hərəkətə
gəlməsi, yerin dərinliklərində yatan axışqan
lövhələrin dəbrilməsi kimi böyük ictimai deprmlər və
devrimlərin çağənın çatmasını göstrə bilər.
Başqa sözlə, qadın və kişi, gənc ilə qocanın
hərəkata qatılmasını görəndə, siniflərin
izıni görürük.
Gramşinin
fikrincə cəmiyyet çeşidli hissələrə bölünsə
də onun siniflərə bölünməsi xüsusi əhmiyyət
daşıyır. Ancaq buna baxmayaraq, cəmiyyətin üzləşdiyi
bütün məsələləri həmişə siniflərin əli
ilə və onların mübarizəsi yolu ilə çözmək olmaz. Grramşi,
siniflərin cəmiyyetdə roluna bu açıdan yanaşmaqla,
siyasi sol axımlarının bir çüxünün içərisində
yayqın olan baxışdan, yani ictimai məsələləri
ekonoumisti səviyyəyə endirmə meyillərindən, fərqlənir.
Buna görə də qabaqcıl ictimai qüvvələrin birləşməsini
(etilaf, koalisiya) önə sürür. Gramşiyiə görə, işçi (fəhlə)
sinfi siyasi və əxlaqi baxımdan cəmiyyətin hegemon
gücünə çevrilmək üçün özünün sinfi mənafeinin bağli çərçivsindən
dışarıya çıxmalı, cəmiyyətin tariyxi
baxımdan qabaqcıl qatlarının ictimai istəklərini
özündə əks etdirməlidir. Birləşməyə
qatılan güclər, hüquq bərabərliyini prənsip olaraq
götürməlidirlər. Qısaca desək, ictimai sorunları
yalnız «sinif» çərçivəsində yerləşdirmk olmaz. Onların
hər birisinin özünə görə xüsusi istqlali vardır.
Zaman sürəsini
geniş götürndə, siniflərin, tariyxi gəlişmə prosesinin
motoru kimi işləməsini sezmək olandi. Ancaq hər bir əhmiyyətli
ictimai hadısənin gedişində siniflərin izini gəzmək
düzgün deyil və ekonomist endirgəçiliyinə gətirib
çıxara bilər. Çünki ictimai hadisələrdə siyasi hərəkətin
başqa biçimləri də qabarıq qazanmaqla (gündəmə gəlməklə)
çox önəmli və görkəmli rol oynaya bilərlər. Bu ideyanın
ilkin kökünü Marksın yanında da görmək olandi. Marks birinci internasionalın
qurulmasına çalışarkən, işçilərin bilavasitə
gündəlik mənafeindən öncə. Polyakların milli hərəkəti
və istiqlalından müdafiə etməyi onun başlıca vəziyfəsi
kimi görürdü, və bunu Avrupa demokratizminin yoxlayıcısıi və
ölçütü sayırdi. Marks və Engelsin fikrincə, o günkü Polşa, demokratiya
uğrunda gedən mübarizə də milli hərəkətin oynadığı
qabarıq rol, oranın işçi siniflərinin hərəkatından
daha önəmli ıdi. O günkü sol meyilli işçi
axımlarının bir sırası bu məsələiə
göz örtürdülər, buna görə də Engels onlari bərkdən
qınayırdı.
Öz müqəddəratını
təyin etmə haqqı, bir yandan milli blokun (blokların) demokratiya
ilə ilişgisıni və başqa yandan ölkə hakimiyyətiənin
siyasi quruluşunda bu ilişginin necə öz əksini
tapdığını təyin edir. Buna görə də öz müqəddəratını
təyin etmə haqqı ilə demokratiya bir birindən
ayrılmazdır. Demokratiya ideası bir abstrakt qavram olaraq
çeşidli əczanın ya tərkib hissələrinin
birlşmhsidir. Öz müqəddəratını təyin etmə haqqı
vaqeiyyətə çevrilməklə demokratiyanın tərkib hissələrindən
birisi gerçək məzmun daşıya biləckdır.
Çox millətli
iranda Rizaşah dönəmindən bəri milliyyətlərin
siyasi və kültürəl haqlarını əzıb ayaq
altına salmaq iranda hökm sürən dövlətlərin
başlıca funksiyalarından birinə çevrilibdir. Büna görə
iranda demokratiya uğrunda gedən mübarizənin ön cərgəsində,
milliyyətlərin siyasi, kültürəl və iqtisadi haqlarının
müdafiə etməsi vəzifəsi durur. İranda milli məsələni
həl etmədən, insan haqlarına, yurtdaşlıq haqlarına
və demokratiyaya çatmaq olmaz. Nəticədə iran camiəsinin
çoxunluğuna qarşı siyasi hakimiyyətin əmal etdiyi antidemokratik
hərəkətlər və ardi kəsilməyən şiddətlər
və gərginlik dəvam edəcəkdir. Özünə azadlıq
sevən vicdanlı insan adı qoyan kimsə, belə böyük
zülmün dəvam etməsi qarşısında bitəfavüt
qalmağa heç cür bahana gətirə bilməz, onun üstünü örtüb, başqa
paltar geydirmklə ört basdır etmək olmaz. Bu kimilər ancaq
özələrini üzdən ıraq demokrat adam və demokratiya
yandaşi adlandırmaqdan utanmalıdırlar. Hər hansi bir milliyyət,
milli məsələsini mövcüd sərhədlərin çərçivəsində
çözməyə bir yol tapa bilməsə, gec tez öz payını
ona zülm edənlərdən ayırmalı olacaği aydındır.
Sözsüz, öz haqlarını müdafiə etməyə ayağa qalxan,
onun uğrunda mübarizə aparan milləti qınamaq yersiz olacaqdır.
«Öz müqəddəratını
təyin etmə haqqı» tariyxi baxımdan millətin dövlət
üzrində demokratik kontrol eemal etməsi ilə yaşıddır.
Yeni dövrün (kapitalizm dönmi) dövlətlərini tərif etməyə
işlədilən «millət- dövlət» qavrami «öz müqəddəratını
təyin etmə haqqı» ideyasından törəmişdir. Bununla
da bir insan daha şahın köləsi (rəiyyət) kimi deyil, millətin
azad yurtdaşı kimi tərif edilir. Demək, yurtdaşlıq
haqqı «öz müqəddəratını təyin etmə haqqı»nın
və « millətin dövlət üzrində demokratik kontrol eemal etməsi
haqqı»nın məhsulu və törəməsidir.
Bir millətli
ölkələrdə, dini fərqlər olmasa, insanların milli haqları
(bir toplum kimi) və fərdi haqları, əməldə üst
üstə düşüb örtüşür. Başqa sözlə desək, bir fərd
belə bir ölkədə yalnız bir dildaş və vahid
etnikli milli birliyə (vahidə) bağlıdır. Burada milli
müqəddəratı təyin etmə haqqı ilə, fərd
olaraq azad yurtdaşlıq haqqı arasında gözə çarpan
ayrılıq yoxdur. Ancaq milli fərqlər və dil
ayrılığı danılmaz ictimai vaqeiyyət olan bir ölkədə,
«öz müqəddəratını təyin etmə haqqı»nin, azad
yurtdaşlıq haqqının və demokratiyanın temin edilməsi
dolaşıq yollardan keçməli olur.
Bəlli
bir coğrafiya çərçivəsində götürülən dövlətin
örtüyü altında yaşayan milliyyətlər, fərdlər kimi
deyil, milli bloklar olaraq hakimiyyətin siyasi quruluşunda iştirak
etdikdə, öz müqəddəratını təyin etmə haqqı,
siyasi hakimiyyətdə öz əksini tapmış olur. Bunun üçün
götürülən ölkənin bir milliyyətli hakim siyası quruluşü
sındırılıb, yerində çox (neçə) milliyyətli
siyasi quruluş qurulmalıdır. Məsələnin başqa
çözüm yolu milliyyətlərin öz müstəqil dövlətlərini
qurmalari dir.
Birinci halda
dövlətin siyasi quruluşu federativ sistemi biçimində
olmalıdır. Federativ sistemini seçmklə siyasi iqtidar milli- yerli
(məhəli) səviyyələrdə bölünməlidir (paylaşılmalıdır).
Bununla birlikdə iqtidarın federativ səviyyədə də
paylaşılması gərkir. Demokratiyanın və «müqəddratın
təyin etmə haqqı»nın vaqeiyyətə çevrilməsi
ana yasanın şəkilində və məzmununda, qanün vericilik
sisteminin quruluşu biçimlərində, məhəkmə və
hüquq (jüridik) sisteminin yerli və federativ səviyyələrdəki
quruluşunda əsər qoymaqla onları demokratızm
doğrultusunda dəyişdirməlidir. Çox milliyyətli bir ölkədə,
milli mtqəddratın
təyin etməsi üçün insana yarayan, ən az gərginlik törədən
və ən ucuz başa gələn çözüm yolu budur. Çünki milli grupların
müstəqil dövlət sahibi olduqda, əldə edəckləri haqları,
bu çərçivədə də qazanmaq olandır. Onların siyasi
və iqtisadi əlbirliyinin gücü ölkə içində geniş əməkdaşlığa
və iqtisadi alış- verişə yol açıb, bölgədə
və uluslar arası alanda onların gücünü və çəkisini
ağırladacaqdir. İkinci yolu, əməldə
darbaxışlı siyasi hakmiyyətlər, hakim milliyyətin
ziyalıları və siyasət adamları özlərinin
qısa müddətli çıxarlarını üstün tutmaqla, zülm
altında yaşayan milliyyətlərə təhmil edirlər,
ayrılamağa, mərkəzdən uzaqlaşmağa və İraqda
gördüyümüz kimi yabançılara sığınmağa yol açırlar.
Şeyx Məhəmməd Xiyabaninin dediyi kimi: «Haqqımızı
verməyəndə, başımız üstündə duran İran
şahı olsun yoxsa Osmanlı imperaturu, bizə nə fərq
edəcəkdir? »
Yuxarıda
qeyd etdiyim kimi, yeni dövərdə, demokratiya məsələsi
millət - dövlətin oluşması ilə meydana gəlibdir. Fransa
inqilabı, millət - dövlət dönəmi ilə orta əsirlərdə
hökm sürən din - dövlət dönmini bir - birindən ayıran sərhəddə
dayanır. Dövlətin siyasi qurum olaraq «din»in sültəsi
altından çıxması, modern dövlətin ən qabarıq səciyyəsi
kimi sayılır. Din üstə gedən savaşlar zamanı və
Reformasiya dönəmində, protestantların ilkin cizgilər
biçimndə irəli sürdükləri fikirlər, Aydınlanma dönəmində
ideolojik devrimə çevrildi. Fransa inqilabının əsərində
avropada, dövlətin siyasi sistmi əməldə sekularist biçiminə
girdi. Bunun ardınca ayri - ayri zəmanlarda dünyanın başqa ölkələri
də sekularizmi seçdilər. Buna görə dünya, 18 - ci yüz ilin sonlarında
baş vern Fransa inqilabına və Aydınlanma dönminə minətdarlıq
hiss edir. Yirmi birin ci yüz illiyin başlarında hələ dini istıbdad
altında yaşayan bizlərə də, onun böyük tariyxi əhəmmiyyəti
aydındir.
Modern dövlətlərin
səciyyələrindən biri, dövlət quruluşunun dünyəvi
(ürfi) olmasi ya sekularızm dir. «Din»i, dövlətin siyasi quruluşunun
tərkib hissəsinə çevirməyə can atan hər hansı
bir dövlət, əslində orta əsərlər dönəminə
sarı geri dönməyə çalışır. Buna tariyxi geriçiəlikdən
başqa bir ad vermək olmaz. Bütün totalitar dövlətlər də
belə olmuşlar. Onlar rəsmi olaraq sekularizmi təmsil
edirdilər, ancaq dövlətin siyasi qurumunu ideolojikləşdirmklə,
dövlət, «din - dövlət»in bir özəl formasına
çevirilmişdir. Bu dövlətlər praktikdə «din - dövlət»in
bir sıra xüsusiyyətlərini özələrində əks
etdirirdilər. (bax ***)
«Din»i, dövlətin
əsas təmllərindən birinə çevirmək, İslam
cümhuriyyətinin qabarıq xüsusiyyətlərindəndir. Yeni
dövərdəki tariyxin vaxtsız işlərindən
sayılan İslam cümhuriyyətini, bütün totalitar rejimlərin ən
pis forması kimi dəyərləndirmək olar. Totalitar dövlətlər,
çeşidli formalarda olsalar da, xalqın dünyəvi (ürfi) yaşayışına
qatılmırdılar və hakim ideoloji dinə bənzər
bir rol oynayırdi. Mədəni cəmiyyətin üzərindəki
basqılar və mədəni haqların tapdalanılması İslam
cümhuriyyətində keçənlərdən çox fərqli idi. İslam
cümhuriyyəti totalitar rejimlərin üzünü ağardıbdır. «Din»,
İslam cümhuriyyətində xalqı tapdalamaq üçün bir çomağa
çevrilib və xalqın gününü göy əskiyə çulqayıbdır.
Cəmiyyet üçün olduqca ağır başa gələn, uzun sürən
əsərləri olan işlərin içində, özəlliklə
qadınlara olunan zülm və haqqsızlıği xüsusi olaraq
qeyd etmək gərkdir. İslam cümhuriyyətini səciyyələndirən
xüsusiyytləri, son otuz ilin içindəki həyatı boyu,
yurtdaşlarına qarşı eemal etdiyi tayi görünməmiş
zülmü və şiddəti, italiyanın Mosulini dönəmində də
tapmaq çətin işdir.
Bugünkü
dünyada, demokratiya yandaşı olan kimsə, heç bir bahana ilə
ideolojik dinçi bir dövlət ilə razilaşıb və əlbırlık
edə bilməz. Belə bir davranış demokratiyadan, sekularizəmdən
uzaqlaşmaq və xalqın sürəkli tapdalanmasını əməldə
təyid etmək mənasındadir. Bu kimi adamlar iddia etdikləri
mücərrəd demokratiya uğrunda çalışmayırlar, basqınçı
teokratik, antidemokratik, azadlıq və demokratiya qənimi olan
bir rejimin əməldə qorunuvb saxlanmasına yardım edirlər.
Demokratiya
öz tərkib hissələrindən eşikdə mövcüd deyildir və
yalnız onların həyata keçməsi ilə doğrula bilər.
Demokratiya uğrunda mübarizə aparmaq, milliyətlərin, qadınların
və cəmiyyətin çoxunluğunu təşkil edən zəhmət
adamlarının haqlarına çatmaları yolunda konkret əməl
tələb edir. Bünsüz demokratiya içi boş bir sözdür. Demokratiyanı
siyasi quruluş səviyəsində götürsək, dinçi dövlətin
sekular dövlətə çevrilməsi və tək milliyətli hakimiyyət
quruluşunun yerli - dibli olaraq, çox (neçə) milliyətli
quruluşa dönüşməsi deməkdir. Milli məsələnin
çözüm yolunu milli haqların danılmasında görən İran hakimiyyəti
və eləcəədə siyasi ziyalılar, doğu avropa ölkələrinin,
Şuralar birəliyinin və bunlardan öncə çökmüş bütün imperaturluqların
müqəddəratından ibrət almalıdırlar. İslam
cümhuriyyətinin get - gedə demokratlaşması xulyasına və
nəticədə iranda demokratiya qurulmasına umanlar yuxudan
ayılmalıdırlar.
Öz müqəddəratın
təyin etmək, millətin haqqıdır. Fərdi
yurtdaşlıq haqları, xalqın dövlət aparati üzərində
demokratik kontrol eemal etməsi və dövlətin siyasi qurum olaraq
sekularlaşdırılması zərurəti də bu haqdan irəli
gəlir. «Torpaq bütövlüyü» (təmamiyyəte ərzi) qavramı, Otuz
illik savaşdan sonra Vestfali müqaviləsində meydana çıxdi. O
da yalnız, imperaturluqların öz aralarındakı
şahlıq sulalələrinin, bəlli sərhədlər
içərisində yerləşən torpaqlar üzrində, haqlarını
rəsmiyyətə tanımağa dayir bir anlaşma idi və
özlüyündə qeyrdemokratik olduğu üçün, çeşidli bölgələrin
torpaqlarını orada yaşayan insanların istəyindən asılı
olmayaraq başqa dövlətlərə satmaq ya özünə çıxmaq
ilə nəticələnirdi. «Öz müqəddəratını təyin
etmə haqqı», millətin dövlət üzrində demokratik kontrol
etmək haqqını və bu vasitəiylə bəlli sərhədlər
içərisində yerləşən ölkə üzərində demokratik
kontrol haqqını rəsmiyyətə tanıyır. İndi
də «torpaq bütövlüyünü», «öz müqəddəratını təyin
etmə haqqı» prinsipi əsasında tərifləməsək,
yanlış və qeyrdemokratik olacaqdır. Xalqın demokratik haqlarını
və «Öz müqəddəratını təyin etmə haqqı»nı
buraxıb, torpaqdan və ərazidən yapışmaqla yola
düşmək, genosayda, yerli «Miloşeviç»ləri və «Karacik»ləri
bəsləməyə gətirib çıxarar!
Son yüz ildə
Azərbaycan, ən böyük demokratik inkişafların və
qabaqcıl düşüncələrin beşiyi olubdur və özünün
ictimai - siyasi mübarızəsini təkcə azərbaycana həsr
etməiybdir. Bunu Məşrutə inqilabında, Xiyabani hərəkatında
və Pişəvərinin başçılığı
altında Azərbaycan demokrat Firqhsinin hərəkatında aydıncasına
görmək olar. Ancaq, Azərbaycanın Milli Demokratik Hərəkatı
yüksək dərəcədə öncəki demokratik hərəkətlərdən
fərqlənirdi və tariyxi baxımdan cəmiyyetdə dərin
iz buraxmışdır. Bu hərəkat milli məsələni
iki böyük ictimai məsələ ilə, siniflərin və
qadınların məsələsi ilə, birləşdirmişdi.
İlk dəfə olaraq milli hərəkat məhz milli hərəkət
olmaq çərçivəsindən çıxıb və milli sorunun, qadınlar
haqqındakı ayrı seçicilyin ləğv edilməsilə və
siniflərin məsələsilə, ortaq amac
daşımasını vurğuladi. Bir il hökumət etdiyi sürədə
də bu yolda çalışmaqla haqlı olaraq Azərbaycan xalqının
əxlaqi və siyasi hegemonluğünu qazana bildi. Bununla yanaşı,
başqa milliyyətlərlə o cümlədən Kürd millətiənin
hərəkatı ilə və iranda gedən siyasi - demokratik
hərəkat ilə əməkdaşlıq etməklə, Azərbaycan
çərçivəsində çıxdı.
İndi də,
Azərbaycan milli - demokratik hərəkatı demokratiya uğrundakı
mübarizənin çeşidli və dolaşıq səviyələrinin
qarşılıqlı bağlantısını göz onündə
tutmalıdır. İranda, cəmiyyətin milli və sinfi tərkibi,
cinsi ayriseçiciliyə ayid məsələlərin biçimi dəyişmiş
ovlsa da, onun məzmunu və mahiyyəti dəyişməmişdir.
Demokratiyanın
üç tərkib hissəsinin, yani qadınların, əmək
adamlarının və millətlərin demokratik hərəkatının
istəkləri konkretləşibdir. Onların öz kimlikləri
bayrağı altında meydana gəlmələri, bu hərəkətlərin
şüurluluğundan hekayət edir və onların güclü cəhəti
sayılır. Demokratiyanın təmlini təşkil edən
bu üç böyük blok, öz müstəqil və özəl istəklərini
saxlamaqla, demokratiya uğrunda bir - birinə düyünlənməlidir.
İranda demokratiyanın qabağını kəsən
başlıca amil, azadlığın qənimi, dinçi ideolojik və
xalq kütləsinin mənafei qarşısında dayanan İslam
cümhüriyyətidir. Böhranlar içində çabalayan və gərginlik
törədən İran rejimi qarşısında birgə hərəkət
etməmək, hərəkatı sarsıldan amildir. Üç blokun işbirlik
aparmasi və əlbirlik etməsi demokratik hərəkatın
güclənməsinə və düşmənin zəyiflənməsinə
yol aça bilər.
Son illərdə,
qeyr Fars bölgələrin kütləvi milli hərəkatı, İslam
cümhuriyyətiənin varlığını sarsıldan qüvvə
kimi gözə çarpmaqdadır. Əli qanlı, çapqınçı bir
hökumət öz çıxarlarını və sektaristi mənafeini qorumağa
görə hərəkatı yanıtmaq və yatırtmaq üçün əlindən
gələni əsirgəməyəcəkdir və indiə dək
də heç bir işdən çəkinməyibdir. Millətlər
arasında düşmənçilik salmaq və aranı
qarışdırmaqla bulanlıq sudan balıq tutmaq, rejimin
adamlarının əski siyasi xətti və şivəsidir. Aydındir
ki, məzlum millətlərin qabaqcıl qüvvələrinin
ayıq olmaları və əlbirlik etmələrilə, bütün
güclərini ortaq düşmənə sari yönltməklə, buna
qarşı çıxmaq olandı.
İranda
hökm sürən, orta əsirlərə ayid dinçi rejimin çərçivəsində
qurtuluş və azadlıq umanlar, məzlum millətləri
bir - birinin canına salmağa can atanlar, İslam cümhuriyyətinin
qanlı qadalı rejiminin saxlanılması yönündə addım
atırlar. Bu kimilərini, milli, demokrat və sekular adlandırmaq
yersizdir. Onlar İslam cümhuriyyətiənin uzantısından
başqa bir zad deyillər.
Türkcəyə çevirəni
Açıqsöz
*- blok - ictimai hərəkətlərə və hadishələrə
birəlikdə reaksıa göstərən birgə insan gruplari (
millət, milliyyət, qövm, qadınlar ərkəklər və
siniflər kimi )
** - Geoloji və ya Yerbilimi, yer kürəsinin qatı madəsinin içriginin, quruluşunun,
fiziksəl özəlliklərinin, tarixinin və onu şəkilləndirən
sürəclərin incələməsi elmidir.
Yer kürəsinin
qabığı (daş qabıq - litosfer) ortalama 33 kiloümetr
dir. Kürənin ortasında yerləşən çəgirdəyi
isti və qaynaqdır. Daş qabığın altında və çəgirdəyin
üstündə, manto adlanan sıcaq və plastık bir qat yerləşmişdir.
Yerin daş qabıği (daş kürə) 7 - 8 böyük və bir
neçə kiçik parçaya (lövhələrə - tektonik
platalar) bölünmüşdür.
Lövhələrin manto uzərindəki
durumunu, bir ağacın su üzündə dəngə (təadul) halında
üzməsinə bənzətmək olar. Birbirinə yaxın
lövhələr bir sürə sonra birbirlərilə
çarpışır. ıki lövhənin çarpışması ilə
yer üzünün şəkili, lövhələrin növundan asılı
olaraq dəyişir. Yari axışqan, üzər durumda bulunan bu
lövhələrin birbirlərilə sürkəli təmas
halında olduqlarından, hərəkətlərinin yön və
şiddəti qarrələrin və okeanların
yaranmasına, dəyişilməsinə, dağların və
dənizlərin oluşmasına, zəlzələlərə
və yanar dağların çalışmasına bais olur. Lövhələrin
hərəkətlərində yer qabığinın bütün özəllikləri
rol oınayır. ( wiki pedia )
***- Burada qeyd edilməlidir
ki, qabaqlar komunist adlanılan ölkələrin və faşist
hökumətlərinin məzmun baxımından kamilən fərqli
ideolojiələrə malik olmalarına baxmayaraq ortaq xüsusiyyətləri
belə idi. Bunun tərsinə olaraq Marks və Engels,vaxtilə
öz yazılarında dövlət kataqorisinə ideolojik yanaşmaqla
mübarizə etmişlər. Marks Yəhudilər sorununda və Alman
sosyal - demokrat partiyasının Fügt qanadı ilə mübarizədə
bu baxışıi inhiraf adlandırırdı. Fügt qanadı,
sosyalist dövlətin qabarıq səciyyəsini onun ideolojik
olmasında bilirdi. Marks öləndən sonra, Engels özünün
tanınmış əsəri « Anti Düring»i özəlliklə dövlətin
ideolojik sanılmasının qarşısında
yazmışdır. Onların ikisinin də fikrincə dövlət
sinfi - siyasi kataqridir və ideolojik kataqori deyildir.