|
26 fevral 2010-cu il
tarixində Dünya Azərbaycanlıları Konqresi (DAK),
Azərbaycan Federal Demokrat Hərəkatı (AFDH) və
Kölndə fəaliyyət göstərən Azərbaycan Kültür
Ocağının təşəbbüsü və təşkilatçılığıyla
əsrin ən dəhşətli faciəsi olan Xocalı
soyqırımı ilə əlaqədər konfrans
keçiriləcək. www.D-A-K.org a daxil olan məlumata görə,
tədbir yerli vaxtla saat 19.00-da Almaniyanın Köln
şəhərində olacaq. Konfransda DAK rəhbərliyi, o
cümlədən Almaniyanın müxtəlif
şəhərlərində yaşayan quzeyli-güneyli
soydaşlarımız iştirak edəcəklər.
Xatırladaq ki, 1992-ci il
fevralın 26-da Ermənistan hərbi
birləşmələri tərəfindən 7 min əhalisi
olan Xocalı şəhərində soyqırım aktı
həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq
zaman ərzində mühasirədə olduğundan Ermənistan
hərbi birləşmələrinin şəhərə
hücumu zamanı burada yalnız üç minə yaxın insan
qalmışdı. Xocalı soyqırımı zamanı
600-dən cox insan ödürülüb, 1000 nəfər müxtəlif
yaşlı dinc sakin aldığı güllə yarasından
əlil olub. 106 nəfər qadın, 63 azyaşlı
uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25
uşaq hər iki valideynini, 130 nəfər
valideynlərindən birini itirib. Faciə baş verən
gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150
nəfərin taleyi indi də məlum deyil
|